"Neftçi" "ASAN məktub" sosial layihəsinə qoşulur

12:28 - 12 Dekabr 2017

Sosial layihələrə xüsusi önəm verən “Neftçi” bu sahədə fəallığını davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi daha bir layihəyə qoşulur.
 
“Ağ-qaralar” uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə - “ASAN məktub”la balacaların arzusunu həyata keçirmək niyyətindədi.
 
Belə ki, komandanın futbolçuları yeni il ərəfəsində “ASAN məktub” portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcək: "Bakcell Arena"da baş tutacaq görüşdə uşaqlar komandanın ev oyunlarını keçirdiyi stadionla tanış olub “Neftçi”nin muzeyini ziyarət edəcək. Sonda əsas komandanın futbolçuları seçdikləri uşaqlara yeni il hədiyyələri təqdim edəcəklər.

Xəbər xətti