"Jelezniçar"ın baş məşqçisi: "Şehiç bizimlə əlaqə saxlayıb"

13:31 - 12 Dekabr 2017

"Qarabağ”ın qapıçısı İbrahim Şehiç UEFA Gənclər Liqasının pley-off mərhələsində "Atletiko” ilə qarşılaşacaq sabiq klubu Bosniya və Herseqovinanın "Jelezniçar” klubu ilə əlaqə saxlayıb.

 

Sportal.az xəbər verir ki, Şehiç U-19 komandasının baş məşqçisi Omer Yoldiçlə danışıb və məsləhətlərini verib. Bu barədə gənclər komandasının çalışdırıcısı özü məlumat verib: "Bizdə yaxşı gənc oyunçular var. Xüsusilə, əsas komandanın 4 üzvü bizə çox kömək edir. Rəqib haqda bütün məlumatı əldə etmək üçün vaxtımız var. Artıq "Qarabağ"ın qapıçısı İbrahim Şehiç bizimlə əlaqə saxlayıb. Çünki "Qarabağ”ın gənclər komandası "Atletiko” ilə bir qrupda yer almışdı. Bosniya və Herseqovinada futbolun təbliği üçün bizə tanınmış rəqib lazımdır".

 

Qeyd edək ki, Şehiç 2006/11-ci illərdə "Jelezniçar"ın şərəfino qoruyub. 2011-ci ildə Türkiyənin "Mersin İdman Yurdu" klubuna keçən Şehiç 2 il sonra "Qarabağ"a transfer olmuşdu.

 

Xatırladaq ki, "Qarabağ"ın gənclər komandası "Atletiko"ya səfərdə 1:0 hesabı ilə qalib gəlib, evdə 1:5 hesabı ilə uduzub.

Xəbər xətti