Nazarov Almaniyada ən yaxşı oyunçu seçildi

00:08 - 13 Dekabr 2017

Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Aue” klubunda bu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 1400 azarkeş arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, Nazarov ən yaxşı oyunçu seçilib. O, səslərin 33 faizini toplayıb. Komandanın kapitanı Martin Mannel ikinci (26 faiz), Kristian Tiffert üçüncü (12 faiz) olub.

 

Qaliblər uşaqlar üçün təşkil olunmuş yeni il şənliyində mükafatlandırılıblar.

Xəbər xətti