Jiru "Arsenal"dan ayrıla bilər

00:36 - 13 Dekabr 2017

Bu mövsüm İngiltərə Premyer Liqasında "Arsenal"ın heyətində heç bir oyuna start heyətdə başlamayan Olivyer Jiru ayrılıq siqnalları verib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü qış transfer pəncərəsində təklifləri nəzərdən keçirəcəyini deyib: "Hər gün, hər həftə dünya çempionatını düşünürəm. Yayda "Arsenal"dan ayrılmadım, çünki bu, düzgün olmazdı. Ancaq yanvar ayında təklifləri düşünəcəm. Doğru qərar verməyim lazımdır".

 

31 yaşlı hücumçu 2012-ci ildən "Arsenal"da çıxış edir. Jiru bu mövsüm 4 qol vurub.

Xəbər xətti