Van Qal: "Mourinyonu məni qədər tənqid etmirlər"

00:55 - 13 Dekabr 2017

"Mançester Yunayted"in sabiq baş məşqçisi Luis van Qal hazırda "qırmızı şeytanlar"ın "sükanı arxası"nda oan Joze Mourinyonu tənqid edib.

 

Sportal.az xəbər verir ki, hollandiyalı çalışdırıcı "Mançester Yunayted"in oyun tərzini bəyənmədiyini deyib: 

 

"Mançester Yunayted"in oyununa baxmıram. Əvəzinə "Maçester Siti"ni izləyirəm". Mənim çalışdırdığım komanda indikindən daha yaxşıdır. Buna baxmayaraq, İngiltərədə bizim futbol sevilmirdi. "Mançester Yunayted" mənim dönəmimdəki komandadan qat-qat zəif oynasa da, Mourinyonu məni qədər tənqid etmirlər".

 

66 yaşlı mütəxəssis "Mançester Yunayted"in müdafiə futbolu oynadığını sözlərinə əlavə edib:

 

"Mançester Yunayted" hazırda müdafiə futbolu oynayır. Mənim dönəmimdə komandalar bizə qarşı avtobusu park etmiş kimi oynayırdılar. Ancaq indi belə deyil. Çünki Mourinyonun özünün taktikası belədir".

 

Qeyd edək ki, Van Qal 2014/16-cı illərdə "Mançester Yunayted"i çalışdırıb.

Xəbər xətti