Orxan Hüseynzadə: "Zirə" ilə oyundan sonra hamının taleyinə aydınlıq gələcək" MÜSAHİBƏ

12:33 - 13 Dekabr 2017

Klublar Komitəsinin yeni sədri seçilən "Neftçi"nin prezidenti Orxan Hüseynzadə jurnalistlərə müsahibə verib.

 

Sportal.az saytımüsahibəni təqdim edir:

 
- Gözlənilməz təyinat oldu. Kamran Quliyevin sədr kimi davam edəcəyini gözləyirdik. Ancaq hamı mənə səs verdi. Çalışacağıq ki, Klublar Komitəsinin çəksini növbəti ilə kimi artıraq, səsimizi AFFA və PFL eşitsin. Klub futbolumuzun inkişafı üçün əlimizdən gələni edəcyik.
 
- Komitənin çəkisini artırmaq üçün nə edəcəksiniz?
- Problemlər çoxdur. Uşaq futbolunda və klubların infrastrukları ilə bağlı problemləri aradan qaldırmağa çalışacağıq.
 
- Klubların rəhbərləri komitəyə ciddi yanaşmırlar. İclaslara bəzən klubun 3-4-cü dərəcəli işçiləri gəlir…
- İclasları elə vaxta təyin edəcəyik ki, prezidentlər, icraçı direktorlar da gələ bilsinlər. Belə də komitənin nüfuzu artacaq.
 
- Son 1 ildə KK çox passiv oldu…
- Proqram üzrə 4 dəfə görüş olur. Problemlər olsa, tez-tez yığılacağıq.
 
- Klublar Komitəsinin yeni ildə ilk iclasının Antalyada olması maraqlı qarşılandı. Bütün klub nümayəndələrinin Antalyaya gələcəyini düşünürsünüz?
- Əgər yığma komandamızın fevralın 2-də Gürcüstanla yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşsə, həmin gün 2-3 saat iclas keçirə bilərik. Həm futbola baxarıq, həm də müzakirələr edərik. Məncə, hamı gələcək.
 
- Həllini tapmayan hansısa məsələni sədr seçildikdən sonra müzakirə etmək fikriniz var?
- Məsələlər həllini tapıb. Oyunların sifariş ərizəsində artıq 23 futbolçunun adı ola bilər. Əvəzedicilər əsas komandadan bir gün sonra oynayır. Əsas problemlər həllini tapdı.
 
- Klublar legioner məsələsinə hər zaman toxunur. Bu problem həllini tapacaq?
- Əgər 5-6 klub eyni təklifi versə, müzakirə etmək olar.
 
- “Neftçi”nin bu məsələdə mövqeyi necədir?
- Hazırki limit – 6+5 qalsın.
 
- “Neftçi”dən söz düşmüşkən, qışda komandanı kimlər tərk edəcək və kimlər gələcək?
- 2-3 futbolçu cəlb edəcəyik. Əsas mərkəz və sol cinah müdafiəçisi mövqeyini gücləndirəcəyik. Hücumçu almağı da planlaşdırırıq. Gənc futbolçularımızı isə icarəyə verəcəyik. Rahil Məmmədov, Fəhmin Muradbəyli və Məqsəd İsayev başqa klublara icarəyə göndəriləcək. Tərzin Cahangirovu isə birdəfəlik almaq istəsələr, problem olmayacaq.
 
- Mateo Mujek, Daniel Seqovia və Pavel Dreksanın taleyi necə olacaq?
- “Zirə” ilə oyundan sonra görüş olacaq. Hamının taleyinə aydınlıq gələcək.
 
- “Neftçi”nin qışa qədərki çıxışı barədə nə deyə bilərsiniz?
- Startımız uğursuz alındı. Tərlan Əhmədovun gəlişindən sonra komandada inam yarandı. Ayrı-ayrılıqda futbolçularımız güclüdür. Biz komanda şəklində zəif idik. Artıq irəliləyiş var. İnanıram ki, yaxşı olacaq.
 
- İclasda Mirhüseyn Seyidovla, Nizami Hacıyevin oyun alğı-satqısı məsələsi müzakirə edildi?
- Olundu. AFFA nümayəndəsi də bizi məlumatlandırdı. Nümayəndə bildirdi ki, kublar AFFA ilə sıx əməkdaşlıq etsin və şübhə olanda assosiasiyanı məlumatlandırsınlar.

Xəbər xətti