“Neftçi” - “Zirə” matçının biletləri satışda

12:56 - 13 Dekabr 2017

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” ilə “Zirə” arasında baş tutacaq cavab oyununun biletləri satışa çıxarılıb. 

 

Sportal.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fanşopdan əldə etmək mümkündü.

 

Qeyd edək ki, dekabrın 14-də "Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:00-da başlanacaq.

Xəbər xətti