Fərhad Vəliyevin cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Keşlə” - “Kəpəz” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” - “Neftçi” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ” - “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Fərhad Vəliyev sonuncu ümid foluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Birinci divizionun 13-cü turunun “Binə” - “Zaqatala” matçında “Binə” və “Zaqatala” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

 

Oyunun 10-cu dəqiqəsində “Binə” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunur.

 

Birinci divizionun 13-cü turunun MOİK - “Xəzər” matçında “Xəzər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Birinci divizionun 13-cü turunun “Ağsu” - “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu” klubunun futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Tarix: 13 Dekabr [14:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio