"Kəpəz"də ilk ayrılıq ÖZƏL

17:03 - 13 Dekabr 2017

Mövsümün ilk yarısını uğursuz keçirən "Kəpəz"də qış fasiləsində islahatlar olacaq.

 

Sportal.az xəbər verir ki, artıq komandanı tərk edəcək ilk futbolçunun adına aydınlıq gəlib. Mövsümün gedişində komandaya transfer edilən Ba Aladji Mansur Gəncə təmsilçisini tərk edəcək. Seneqallı dayaq yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalansa da, o, "sarı-göylər"dən qış transfer pəncərəsində ayılacaq.

 

Ba Mansur "Kəpəz"in heyətində Premyer Liqada 3 oyun keçirib.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu "Kəpəz"dən Mərakeşin “Kenitra” klubunun formasını geyinib.

Xəbər xətti