"Region Liqası" turnirinin püşkü atıldı

18:50 - 13 Dekabr 2017

Bu gün “Region Liqası” turnirinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçirilib.

 

Püşkatmalarda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının nümayəndələri iştirak edib.

 

Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək.

 

Məlumat üçün qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən  ibarət olacaq.  

 

Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.

 

Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək. 

 

Turnirin ştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:

 

PAYTAXT VƏ ŞİMAL ZONASI

CƏNUB VƏ ARAN ZONASI

ŞİMAL QƏRB VƏ QƏRB ZONASI

Tufan (Bakı)

Ümid (Cəlilabad)

Şəki

Ümid (Bakı)

Dinamo (Yardımlı)

Kürmük (Qax)

Şağan

Cənub RFF

Oğuz

Şıxlar FK (Qobustan)

Astara

Şirvan (Ağdaş)

Şahdağ (Qusar)

Neftçala

Energetik (Mingəçevir)

Şahdağ (Quba)

Füzuli

Göyəzən (Qazax)

Səhliyalı (Şabran)

Gənclik (Sabirabad)

Şəmkir

Uğur (Sumqayıt)

Kürdəmir

Xəmsə (Gəncə)

Xəbər xətti