Rauf Əliyev Albaniyada növbəti qolunu vurdu

19:18 - 13 Dekabr 2017

Albaniya kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Rauf Əliyevin çıxış etdiyi "Kukesi" öz meydanında "Erzeni" ilə qarşılaşıb. Oyun "Kukesi"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Start heyətdə meydana çıxan Rauf Əliyev matçın 54-cü dəqiqəsində komandasının 4-cü qolunu vurub.

 

Qeyd edək ki, ilk oyunda 4:1 hesabı ilə qalib gələn "Kukesi" növbəti mərhələyə yüksəlib.

Xəbər xətti