"Mançester Siti"dən növbəti darmadağın VİDEO

01:52 - 14 Dekabr 2017

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, lider "Mançester Siti" səfərdə "Suonsi Siti"ni 4:0 hesabı ilə məğlub edib. Bununla da "şəhərlilər" Premyer Liqada ardıcıl 15-ci qələbəni qazanıb.

 

Premyer Liqanın turnir cədvəlinə 49 xalla "Mançester Siti" başçılıq edir. 38 xalı olan "Mançester Yunayted" 2-cidir. 3-cü pillədə qərarlaşan "Çelsi"nin 35 xalı var.

 

"Suonsi Siti" 0 - 4 "Mançester Siti"

Qollar: David Silva, 27, 52, Kevin de Bruyne, 34, Aquero, 85

 

 

Xəbər xətti