Fernando Torres: "Qarabağ"a görə ÇL-dən kənarda qaldıq"

"Atletiko"nun futbolçusu Fernando Torres açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan hücumçu komandasının bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Torres "Qarabağ"la matçdakı nəticələrin ÇL-də mövqelərinə təsir etdiyini bildirib:

 

"Şübhəsiz, biz mövsümə pis başladıq. Amma bu, uzun yoldur. Təqvim də Çempionlar Liqasında bizə təsir etdi. Komanda qeyri-stabil oynayırdı. "Qarabağ"la matçlarda etdiyimiz iki heç-heçə bizi Çempionlar Liqasında mübarizəni davam etdirməkdən məhrum etdi. Ancaq indi başqa şanslarımız var".

 

Qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə hər iki oyundan heç-heçə (0:0, 1:1) edib.

Tarix: 14 Dekabr [15:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio