Ruslan Abışov: "Özümüzə söz vermişdik ki, bu tilsimi qıracağıq" MÜSAHİBƏ

"Neftçi" Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə"yə 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın kapitanı Ruslan Abışov jurnalistlərə müsahibə verib. Təcrübəli müdafiəçi öncə qələbə haqda danışıb:

 

- Şükürlər olsun ki, hər şey qaydasındadır. İlk hissədə məqsədimiz ən azı bir qol vurmaq idi. Amma biz rəqibi iki dəfə məyus etdik. Fasilədən sonra da qol vurmaq istəyirdik. Çünki rahat olmaq lazım idi. 2:0 elə hesab idi ki, hər an hər şey baş verə bilərdi. Önəmli olan mərhələni keçmək idi ki, biz də buna nail olduq. Fasilədə yaxşı istirahət edib toplanışa hazırlaşmalıyıq. Qışdan sonra daha çox qələbələr qazanmaq lazımdır.

 

- Aqressiyalı oynayırdınız... 

- Sözssüz ki, biz artıq neçə oyundur, “Zirə”ni məğlub edə bilmirdik. Həm azarkeşlərin basqısı, həm də öz istəyimiz var idi. Mənə elə gəlir ki, bu qələbə tam yerinə düşdü.

 

- Qələbəni finalda qalib gəlmiş komanda kimi qeyd etdiniz.

- Düzdür, “Zirə” üzərində qələbə bizim üçün böyük əhəmiyyət kəsb edir. Sanki bu komandaya qarşı tilsim var idi. Bu gün də özümüzə söz vermişdik ki, bu tilsimi qıracağıq. Azarkeşlər də möhtəşəm idi. Şükürlər olsun ki, hər şey yaxşı bitdi.

 

-Çoxdandır azarkeşlərlə bu cür bütövlük yaratmamışdınız. Buzlar əriyib demək olar?

- Bizim azarkeşlər hər zaman yanımızdadırlar. Onlarla heç vaxt problemimiz olmayıb. Müəyyən vaxtlarda küskünlük olmuşdu. Bu da təbiidir. Artıq hər şey keçmişdə qalıb. Onlar üçün bu gün ən vacib olan qalib gələrək mərhələni adlamağımızdır. 

 

- Dəfələrlə sizi "mix-zona"ya dəvət etmişik, amma gəlməmisiz. Bu nə ilə bağlıdır?

- Bu, ola bilməz. Bəlkə də, ol bilər ki, hansısa oyundan sonra kefim olmayıb. Nəticə yaxşı olmayıb deyə gəlməmişəm. Futbolçu da insandır. Üzrlü sayın, bu, normaldır.

 

- "Zirə"nin futbolçusu Milan Duriç dedi ki, "Neftçi"nin heyətində ən yaxşı Fariz Yusifov idi...

- Məğlub olan komandanın futbolçunun belə fikir səsləndirir. Bunu normal qəbul edirəm. Oyun biti bə və 2:0 qalib gəlmişik. Duriç "Qəbələ" ilə oyunda bizə azarkeşlik edəcək.

Tarix: 14 Dekabr [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2018
17  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio