"Qarabağ"la oyundan əvvəl azarkeşlərdən dəstək xahişi

Sumqayıt" sabah 2017-ci il üçün son ev oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, komanda doğma meydanda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qarabağ"ı qəbul edəcək. Adıçəkilən qarşılaşma sabah saat 19:00-da start götürəcək. “Sumqayıt” bu oyun üçün azarkeşlərindən dəstək istəyib. Klubun yaydığı məlumatda bunları qeyd olunub:

 

“Bütün azarkeşlərimizi "Qarabağ"la baş tutacaq son oyunda komandamızı dəstəkləməyə dəvət edirik. “Sumqayıt”ın ilin son oyununda dəstəyinizə ehtiyacı var!”.

 

Xatırladaq ki, cütün ilk oyunu "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada ilk iki dövrədə cəmi 6 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 7952 nəfər azarkeş oyunu tribunalardan izləyib.

Tarix: 15 Dekabr [00:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio