"Qarabağ"ın legioneri "Borussiya" və "Portu"nun futbolçularını qabaqlayaraq ən yaxşı seçildi

"Qarabağ"ın haitili futbolçusu Donald Gerye CONCACAF-ın ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı oyunçu səslərin 33 faizini toplayıb. 2-ci yeri 14 faiz səslə David Quzman ("Portland Tİmbers" (ABŞ), Kosta-Rika) tutub. Səslərin 14 faizini toplayan Brayan Ruis ("Sportinq" (Portuqaliya), Kosta-Rika) 3-cü olub.

 

Digər yerlərdə olan futbolçular:

 

4. Selso Borqes ("Deportivo" (İspaniya), Kosta-Rika) - 11 faiz

5. Hektor Errera ("Portu" (Portuqaliya), Meksika) - 10 faiz

6. Xose Qonsales ("Deportivo" (Panama), Panama) - 8 faiz

7. Xavyer Akino ("UANL Tiqres" (Meksika), Meksika) - 5 faiz

8. Kristian Pulişiç ("Borussiya", Dortmund (Almaniya), ABŞ) - 4 faiz

9. Dieqo Valeri ("Portland Tİmbers", (ABŞ),  (Argentina) - 2 faiz

10. Maykl Bredli ("Toronto" (Kanada), ABŞ) - 1 faiz

 

Digər nominasiyaların qalibləri:

 

Ən yaxşı kişi futbolçu: Losano İrvinq (PSV (Hollandiya), Meksika)

Ən yaxşı qadın futbolçu: Sem Kerr ("Skay Blu" (ABŞ), Avstraliya)

Ən yaxşı kişi qapıçı: Hayme Penedo ("Dinamo" Buxarest (Rumıniya), Panama)

Ən yaxşı kişilərdən ibarət komandanın baş məşqçi: Qreq Vannev ("Toronto", ABŞ)

Ən yaxşı qadınlardan ibarət komandanın baş məşqçisi: Roberto Medina (Meksika)

Ən yaxşı kişi müdafiəçi: Kristian Qamboa ("Seltik" (Şotlandiya), Kosta-Rika)

Ən yaxşı kimi yarımmüdafiəçi: Donald Gerye ("Qarabağ" (Azərbaycan), Haiti)

Ən yaxşı kişi hücumçu: Nemanya Nikoliç ("Çikaqo Faye" (ABŞ), Seribya)

 

Qeyd edək ki, səsvermə komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlər arasında keçirilib.

Tarix: 15 Dekabr [01:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio