"Arsenal" 40 milyon avroluq transferə hazırlaşır

"Arsenal" heyətini yeni futbolçu ilə  gücləndirməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, London klubu "Sevilya"nın yarımmüdafiəçisi Steven Nzonzini heyətinə qatmağa yaxındı. "Topçular" Fransa millisinin üzvünün transferini yanvar ayında açıqlamağı planlaşdırır.

 

"Sevilya"nın baş məşqçisi Eduardo Berizza ilə problemlər yaşadaığı üçün komandadan ayrılmaq istəyən 29 yaşlı orta sahə oyunçusu ilə "Everton" və "Yuventus" da maraqlanır. İspaniya mətbuatının yazdığına görə isə futbolçu artıq "Arsenal"la razılıq əldə edib.

 

Təcrübəli futbolçunun keçidi üçün Premyer Liqa təmsilçisi İspaniya klubuna 37 milyon avro ödəyəcək. Bonuslarala birlikdə isə bu rəqəm 40 milyon avro olacaq.

 

Qeyd edək ki, Nzpnzi "Sevilya"ya 2015-ci ildə "Stok Siti"dən transfer olub. Klubla 2020-ci ilədək müqaviləsi olan futbolçu bu mövsüm La Liqada 10, Çempionlar Liqasında isə 6 oyunda meydana çıxıb.

Tarix: 15 Dekabr [12:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio