Rəşad Sadıqov Françesko Totti ilə birgə FOTOLAR

“Qarabağ”ın müdafiəçisi, Azərbaycan U-21 və U-20 millisinin baş məşqçisi Rəşad Sadıqov UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində İtaliyanın “Roma” klubunun düşərgəsinə yollanıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun kapitanı “canavarlar”ın düşərgəsində klubun əfsanəsi, hazırda komandanın idman direktoru vəzifəsində çalışan Françesko Totti ilə bir araya gəlib. Rəşad Sadıqov "Roma"nın  baş məşqçisi Eusebio Di Françesko və futbol direktoru, "transfer sehrbazı" ləqəbi ilə tanınan məşhur futbol funksioneri Ramon Monçi ilə də görüşüb.

 

Qeyd edək ki, Sadıqov sabah "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.

 

Image may contain: 1 person, sitting, table and foodImage may contain: 2 people, people sitting, table and indoorImage may contain: 1 person, sitting, table and indoorImage may contain: 1 person, stadium, grass and outdoor

Image may contain: 2 people, people standing, shoes and indoor

Image may contain: 2 people, people standing and outdoorImage may contain: 2 people, people smiling, indoor

Tarix: 15 Dekabr [14:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio