"Zirə"də ayrılıq

“Zirə”də ayrılıq baş tutub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" David Manqa ilə yollarını ayırıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

 

28 yaşlı David Manqa Fransanın PSJ klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqa "Zirə"yə İsrailin “Hapoel Aşkelon” klubundan keçmişdi.


David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

Tarix: 15 Dekabr [15:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio