Ramin Musayev "Sumqayıt"ın sensasiyasından danışdı: "Bu nəticəni gözləyirdim" MÜSAHİBƏ

“Sumqayıt” Azərbaycan kubokunun ¼ final mərhələsində “Qarabağ”a 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Musayev ilk olaraq oyun haqda danışıb:
 
- Baxımlı, əzmkar oyun oldu. “Sumqayıt” layiqli qələbə qazandıq. Baxmayaraq ki, komandanın baş məşqçisi Samir Abasov ölkə hüdudlarından kənardadır. Ona işiylə bağlı uğurlar diləyirəm.
 
- Bu nəticəni gözləyirdiniz?
- Desəm ki, gözləyirdim, inanmayacaqsınız. Amma bunu gözləyirdim. Hətta Əmrəh Çəlikəllə bura gələndə dedim ki, baxmağa da dəyməz (gülür).
 
- “Sumqayıt”ın paltardəyişmə otağına daxil olanda səs-küy qopdu. Nə baş verirdi?
- Komandanı təbrik elədim. Hamısı yerli futbolçularımızdı.Təbrik etmək ixtiyarımız yoxdur?
 
- Adətən belə səs-küy mükafat veriləndə olur...
- Mükafat üçün pul var? Olsa verərəm (gülür). Pul olsa, böyük məmnuniyyətlə verərdim. Amma maddi sıxıntılar var. Büdcəmizdə qırmızı işıq yanır.
Tarix: 15 Dekabr [21:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2018
25  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio