Azərbaycan kuboku: Yarımfinal cütlükləri bəlli oldu

Azərbaycan Kubokunda ¼ final mərhələsinə yekun vuruldu. Ev və səfər prinsipi əsasında keçirilən mərhələnin oyunlarından sonra  yarımfinalçılar müəyyənləşdi. 


Sportal.az xəbər verir ki, həlledici sayılan mərhələdə “Qəbələ”nin “Neftçi” ilə qarşılaşacağı bir neçə saat öncə məlum oldu. Az öncə başa çatan və ikinci yarımfinalçını bəlli edən “Sumqayıt” – “Qarabağ” oyunu isə kifayət qədər dramatik keçdi. İlk oyunda son çempion və ölkə kubokunun qalibi “Qarabağ”a məğlub olan “Sumqayıt” cavab matçında  hər şeyi öz xeyrinə dəyişə bildi. Belə ki, “Sumqayıt” son illərin çempionu “Qarabağ”ı 2-0 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırdı. “Sumqayıt”ın yarımfinaldakı rəqibi "Keşlə"dir.  

 

Qeyd edək ki, bu mərhələnin oyunları gələn ilin 11/18 aprel tarixlərində reallaşacaq.

Tarix: 15 Dekabr [21:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2018
22  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio