Lionel Messidən suriyalı qaçqın qıza sürpriz VİDEO

İspaniyanın “Barselona” klubu və argentinalı ulduzu Messi 18 yaşlı suriyalı qaçqın Nujeen Mustafanın xəyallarını gerçəkləşdirib.

 

Sportal.az xəbər verir ki, klubun sosial media hesablarında bununla bağlı video paylaşılıb. Suriyada başlayan vətəndaş müharibəsi səbəbindən 2015-ci ildə ölkəsinin tərk edən Nujeen Almaniyaya sığınıb.

 

Fiziki qüsurlu olan Nujeenin başına gələnləri böyük britaniyalı jurnalist Kristina Lamb qələmə alaraq kitablaşdırıb.

 

“Barselona” klubunun futbolçularını daşıyan avtobus Nujeeni Köln şəhərində götürərək İspaniyaya gətirib. Nou Kampda “Barselona” “Selta Viqo” oyununu izləyən qıza Nujeen yazılı forma hədiyyə edilib.

 

Daha bir sürpriz isə Messi, İniesta, Suarez və Pikenin onunla görüşməsi olub. Ulduz futbolçularla şəkil çəkdirən qız “Həyatımın ən gözəl gününü yaşayıram. Bu böyük sürpriz üçün “Barselona” və Messiyə çox təşəkkür edirəm”,-deyə bildirib.

 

Tarix: 16 Dekabr [12:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2018
22  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio