Pep Qvardiola: "Futbolçu kimi "Mançester Siti"də oynaya bilməzdim"

16:04 - 16 Dekabr 2017

İngiltərə Premyer Liqasında 17 turdan sonra 16 qələbə qazanan və 1 heç-heçə edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis komandasının məğlubiyyətsiz çempion olacağının mümkünsüz olduğunu deyib:

 

"Arsenal"ın yenilgisiz çempionluq rekordunu yeniləməyəcəyik. Hansısa oyunda uduzacağıq. Bu rekord Arsen Vengerə məxsudur".

 

Qvardiola daha yaxşı oynamalarının vacib olduğunu səsləndirib:

"Daha yaxşı oynamalıyıq. Ən vacib şey məhz budur. Statistikalar yaxşıdır, amma mən daha artığını istəyirəm. Eyni ruhla çalışaraq davam edəcəyik. Əlbəttə mövsümü gedişində məğlub olacağımız oyunlar da olacaq. İndiyənə qədər etdiyimiz normal bir şey deyil".

 

Qvardiola "Futbolçu olsaydınız, bu komandada oynaya bilərdiniz?" sualına belə cavab verib:

 

"Futbolçu kimi "Mançester Siti"də oynaya bilməzdim. Fernandinyo məndən daha yaxşıdır".

Xəbər xətti