MOİK 3 futbolçunu transferə çıxardı

18:55 - 16 Dekabr 2017

Azərbaycan I Divizionunda çıxış edən MOİK qış fasiləsinə 3-cü pillədə yollandı.

 

Sportal.az xəbər verir ki, qış fasiləsində MOİK-də dəyişikliklər olacaq. "Hərbçilər"in rəhbərliyi ilk dövrədə çıxışından razı qalmadığı, ümidləri doğrultmayan, amma klubla müqaviləsi olan futbolçuları transferə çıxarmaq qərarına gəlib. Söhbət 3 futbolçudan gedir. Bunlar Bilal Abbaszadə, Qərib İbrahimov və Tofiq Mikayılovdu.

Xəbər xətti