Nazim Süleymanov "Əfsanələrin oyunu"nda

Azərbaycan millisinin sabiq üzvü Nazim Süleymanov Vladiqafqazda “Əfsanələrin oyunu”nda iştirak edib.

 

Sportal.az xəbər verir ki, Süleymanov sabiq klubu “Alaniya”nın çempion olmuş heyətində Osetiya yığmasına qarşı oynayıb.

 

Osetiya yığmasının heyətində hazırda Rusiyanın müxtəlif klublarında karyeralarını davam etdirən futbolçular yer alıb.

 

“Spartak” stadionunda keçirilən şou xarakterli matçı 12 min azarkeş izləyib. “Alaniya”nın veteranlardan ibarət komandasında Süleymanovla yanaşı Mircolal Kasımov, Anatoli Kanişev, Gerogi Bazzayev, Vitali Çoçiyev kimi keçmiş ulduzlar forma geyiniblər.

 

“Əfsanələrin oyunu” 5:5 hesablı bərabərliklə başa çatıb. 

Tarix: 17 Dekabr [13:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 Aprel 2018
25  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio