Mövsümdə ilk baş məşqçi dəyişikliyi

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında çıxış edən klublardan “Yasamal”da baş məşqçi dəyişikliyi baş verib.

 

Sportal.az xəbər verir ki, ilk turdan komandanı oyunlara çıxaran iranlı mütəxəssis Hamed Rza Fərzani bundan sonra futzal komandasına rəhbərlik etməyəcək. 

 

Son iki oyunda “Yasamal”a başçılıq edən Rüfət Hüseynov bu postu tutub. Yeri gəlmişkən, bu, Yüksək Liqanın cari mövsümündə ilk baş məşqçi dəyişikliyidir.

 

Qeyd edək ki, R.Hüseynov “Yasamal-2”nin həm kapitanı, həm də oynayan məşqçisidi.

Tarix: 17 Dekabr [14:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2018
23  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio