Ronaldo: "Karyeramı "Real"da bitirmək istəyirəm"

16:09 - 17 Dekabr 2017

"Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldo karyerasının harada bitirmək istədiyi barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerası ilə “Real Madrid”də vidalaşmaq istədiyini söyləyib:

 

“Motivasiyam hələ yüksəkdir. Futbolçu karyerama “Real"da son qoymaq istəyirəm. Amma bu sadəcə məndən asılı deyil. Çünki klubun rəhbəri mən deyiləm. Məndən asılı olan şey komandam üçün əlimdən gələni etməkdir. Meydançada işimi görürəm və yaxşı bacardığımı düşünürəm”.

 

Qeyd edək ki, Ronaldo 2009-cu ildən “Kral klubu”nda forma geyinir.

Xəbər xətti