"Barselona" "Deportivo"nu əliboş yola saldı VİDEO

02:02 - 18 Dekabr 2017

İspaniya La Liqasında 16-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, lider "Barselona" doğma meydanında "Deportivo"nu 4:0 hesabı ilə darmadağın edib.

 

La Liqanın turnir cədvəlinə 42 xalla "Barselona" başçılıq edir. 36 xalı olan "Atletiko" 2-ci yerin sahibidir. "Valensiya" 34 xal toplayıb və 3-cü yerdə qərarlaşıb. 1 oyun az keçirən "Real" 31 xalla 4-cüdür.

 

“Barselona” – “Deportivo” - 4:0

Qollar: Suarez, 29, 47, Paulinyo, 41, 75

 

 

Xəbər xətti