Qurban Qurbanov Antonio Konte ilə görüşdü FOTO

17:39 - 18 Dekabr 2017

“Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Londona yollanıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Çelsi”nin düşərgəsində təcrübəsini artıracaq. Ağdam klubunun çalışdırıcısı bu gün "zadəganlar"ın baş məşqçisi Antonio Konte ilə görüşüb.

 

Qurban Qurbanov bir müddət əvvəl son İngiltərə çempionunu seçməsinin səbəbini belə izah etmişdi:

 

“Fərqli klublarda olub, fərqli məşqçilərlə görüşmüşəm. Mənim üçün hər bir lider məşqçi ilə görüşmək maraqlıdır. Kontenin də təcrübəsi, düşüncələri, uğurları çoxdur. Ona görə bu komandanı seçdim”.

 

Səfərdə Qurban Qurbanovu “Qarabağ”ın baş meneceri Asif Əsgərov müşayiət edir.

 

Xəbər xətti