İngiltərə klubundan Cenk Tosuna təklif

14:04 - 19 Dekabr 2017

Bu mövsüm "Beşiktaş"ın heyətində fırtına kimi əsən Cenk Tosunun elçiləri artmaqdadır.

 

Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas" Türkiyə millisinin üzvünü heyətinə qatmaqda maraqlıdır. "Sabah"ın məlumatına görə, London klubu "qara qartallar"a rəsmi təklif göndərib. Uzun müddətdir ki, Tosunu izləyən klub "Beşiktaş"a bu keçid üçün 20 milyon avroluq təklif yollayıb.

 

Çempionlar Liqası və Türkiyə Super Liqasında qarşısına hədəflər qoyan İstanbul klubunun bu təklifə necə yanaşacağı maraqla gözlənilir.

 

Qeyd edək ki, 26 yaşlı forvard 2014-cü ildən "Beşiktaş"da çıxış edir.

Xəbər xətti