Qattuzo istefa verdi, "Milan" rəhbərliyi qərar qəbul etdi

14:53 - 19 Dekabr 2017

Yayda böyük yatırım edərək transferlərlə diqqət çəkn "Milan" yaxşı günlərini yaşamır.

 

Sportal.az xəbər verir ki, mövsümün gedişində Vinçenzo Montellanı qovaraq postu Cennaro Qattuzoya əmanət edən "qırmızı-qaralar"ın işləri yenə də qaydasına düşməyib. İtaliya A Seriyasının son turunda "Verona"ya 0:3 hesabı ilə uduzan "Milan"ın baş məşqçisi Cennaro Qattuzo istefa ərizəsini rəhbərliyə təqdim edib. Ancaq klub mütəxəssisin bu istəyini qəbul etməyib.

 

İtaliya mətbuatında yer alan xəbərə görə, 39 yaşlı çalışdırıcı futbolçulara zəif və ruhsuz oynadıqları üçün əsəbiləşib. Bu səbəbdən də istefa ərizəsi yazıb.

 

"Milan" Qattuzonun rəhbərliyi altında 3 oyuna 4 xal toplayıb. Komanda Seriya A-da 17 turdan sonra 24 xalla 8-cidir.

Xəbər xətti