"Barselona"nın futbolçusuna Çin klubundan təklif

15:41 - 19 Dekabr 2017

"Barselona" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq və Xavyer Maskerano klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, bu mövsüm az şans qazanan argentinalı futbolçu karyerasını Çində davam etdirə bilər. Super Liqa təmsilçisi "Hebey Fortun" 33 yaşlı müdafiəçi üçün Kataloniya klubuna 10 milyon avro təklif edib. Futbolçunun özünə isə 2 illik müqavilə və bu müddət ərzində 19 milyon avro məvacib təklif olunub.

 

Qeyd edək ki, "Barselona" Maskeranonu 2010-cu ildə "Liverpul"dan 20 milyon avro qarşılığında transfer etmişdi.

Xəbər xətti