"Səbail" ayrılığı rəsmən açıqladı

15:57 - 19 Dekabr 2017

“Səbail” yarımmüdafiəçisi Amit Quluzadə ilə yollarını ayırıb. 

 

Sportal.az xəbər verir ki, futbolçu və klub arasında qarşılıqlı anlaşmaya əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilib. Bu barədə məlumatı "Səbail"in mətbuat xidməti yayıb.

 

Amit azad agent statusu əldə edib. Karyerası ərzində "Neftçi", "Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Portuqaliya), "Sumqayıt", AEL (Yunanıstan) klublarının şərəfini qorumuş Quluzadə, bu ilin yayından "Səbail"in uğurları üçün çalışırdı. 

Xəbər xətti