"Mançester Siti" "lotereya"da sevindi VİDEO

02:45 - 20 Dekabr 2017

İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti" səfərdə "Lester Siti" ilə qarşılaşıb. Qarşılaşmanın 90 dəqiqəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da tərəflər fərqlənməyib və cütün taleyi penaltilər seriyasında həll olunub. "Lotereya"da daha dəqiq oynayan "şəhərlilər" yarımfinala adlayıb.

 

"Lester Siti" - "Mançester Siti" - 1:1

Qollar: Bernardo Silva, 26 - Ceymi Vardi, 90+7 (pen.)

Penaltilər: 3 - 4

 

 

Xəbər xətti