AFFA "Zirə" və "Sumqayıt"ı cərimələdi

13:30 - 20 Dekabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Neftçi” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” - “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.

Xəbər xətti