"Zirə" "Keşlə" ilə qarşılaşacaq

15:31 - 20 Dekabr 2017

“Zirə”nin qış təlim-məşq toplanışında ilk yoxlama oyunundakı rəqibi bəlli olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" yanvarın 19-da "Keşlə” ilə qarşılaşacaq. Oyunun keçirilmə yeri və saatı açıqlanmayıb.


Bundan sonra 1 günlük istirahətə buraxılacaq "Zirə" yanvarın 21-də Türkiyəyə yola düşəcək.  Ayxan Abbasovun komandası Antalyada daha 3 yoxlama oyunu keçirəcək.

Xəbər xətti