"Səbail" Serbiya və Bolqarıstan klubları ilə qarşılaşacaq

16:25 - 20 Dekabr 2017

"Səbail” Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi iki rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 26-da Serbiyanın “Napredak”, yanvarın 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandası ilə qarşılaşacaq. Ümumilikdə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Digər 2 rəqibin adına yaxın vaxtlarda aydınlıq gələcək.  

 

Qeyd edək ki, hazırda istirahətdə olan “Səbail” yanvarın 3-də Bakıda bir araya gələcək. İki günlük tibbi yoxlanışdan sonra hazırlıq prosesinin I mərhələsinə start veriləcək. Təlim-məşq toplanışının II mərhələsi isə Türkiyədə olacaq. Yanvarın 20-də səfərə çıxmağı planlaşdıran Premyer Liqanın debütantı fevralın 2-dək Antalya bölgəsində hazırlıq keçəcək. (report)

Xəbər xətti