"Mançester Siti"nin futbolçusuna hücum edən azarkeş həbs edildi

18:52 - 20 Dekabr 2017

"Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinqin üzərinə hücum çəkərək ona irqçi sözlər söyləyən Karl Anderson adlı azarkeş barəsində qərar verilib.

 

Sportal.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, fanat 16 həftə dəmir barmaqlıqlar arasında olacaq. Bundan əlavə, o, 100 funt-sterlinq də cərimə edilib.

 

Anderson "Mançester Siti"nin "Tottenhem" üzərində 4:1 hesablı qələbə qazandığı oyundan bir gün əvvəlki məşqdən sonra Yamayka əsilli ingilis futbolçunun üzərinə şığıyaraq ona fiziki təsir göstərməklə yanaşı, irqçi sözlər də ünvanlayıb. Bu hadisədən sonra 23 yaşlı futbolçu polisə müraciət etmişdi.

Xəbər xətti