"Kəpəz" 3 futbolçu ilə yolları ayırdığını rəsmən açıqladı

12:34 - 21 Dekabr 2017

Gəncənin "Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bunlar yarımmüdafiəçilər Samba Diallo, Ba Mansur Aladji və hücumçu Viktor Oseqeyldir. Məlumatı klubun rəsmi saytı yayıb.

 

Qeyd edək ki, ilk yarıdan sonra "Kəpəz" turnir cədvəlində 7 xalla sonuncu pillədə qərarlaşır.

Xəbər xətti