"Zirə" İran klubuna qalib gəldi

17:28 - 21 Dekabr 2017

“Zirə” PFK-nın 12 yaşlıları növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "qartallar" İranın Şiraz vilayətinin “Hafez” klubundan olan həmyaşdıları ilə qarşılaşıb. Aviasiya akademiyasının stadionunda keçirilən görüş "Zirə"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Bundan başqa, qəsəbə klubunun 13 yaşlıları da “Hafez”in u-13 komandası ilə qarşılaşıb. Bu matç da “Zirə”nin 4:1 hesablı qalibiyyəti ilə başa çatıb. 

 

Xatırladaq ki, tərəflərin u-12 komandalarının bir neçə gün əvvəl keçirilən görüşü də “Zirə”nin qələbəsi ilə başa çatmışdı – 2:1.

Xəbər xətti