"Qarabağ" Dinonu satmağa razılıq verdi İDDİA

17:45 - 21 Dekabr 2017

“Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovu gələn ay Çinin “Xançjou Qrintaun” klubu ilə müqavilə imzalaya bilər.

 

Sportal.az xəbər verir ki, belə bir iddia ilə  Cənubi Afrika mətbuatı çıxış edib. Bildirilir ki, Ağdam klubu forvardın keçidinə razılıq verib. Tərəflər 750 min avroya razılaşıblar.  

 

Həmçinin məlumatda Ndlovunun iki illik sözləşməyə qol çəkəcəyi qeyd olunub. 

 

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Dino Ndlovu üçün Çin klubundan təklif aldıqlarını təsdiqləmişdi. 

Xəbər xətti