Barqas "Neftçi"dən ayrılır?

“Neftçi”nin hücumçusu Uqo Barqas komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Boliviyanın “El Mundo” nəşri yayıb. Xəbərdə 31 yaşlı hücumçunun Boliviyanın “Bluminq” klubunda çıxış edəcəyi vurğulanıb. Futbolçunun agenti Tito Paz bu barədə açıqlama verib: “Barqas 2018-ci il yanvarın ilk həftəsində “Bluminq”ə qoşulacaq. Müqavilə ilə bağlı ona rəsmi təklif göndərmişik. Danışıqlar uğurlu keçib. Sözləşmə bizim büdcəmizə uyğundur”.

 

Barqas daha öncə 2012/13 mövsümündə və 2014-2016-cı illər aralığında “Bluminq”in şərəfini qoruyub. Fransalı futbolçu bu ilin fevralından “Neftçi”nin şərəfini qoruyurdu. O, bir müddət öncə “ağ-qaralar”la gələn ilin əvvəlində bitəcək müqavilə müddətini mövsümün sonunadək uzatmışdı.

 

Qeyd edək ki, 31 yaşlı hücumçu cari mövsümdə şans qazandığı 16 oyunda 5 qola imza atıb.

Tarix: 21 Dekabr [18:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Yanvar 2018
20  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio