Budaq Nəsirov geri döndü

10:14 - 22 Dekabr 2017

Portuqaliya II liqasında XVIII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası doğma meydanda "Vitoria Qimarayş"ın B komandasını qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 1:2. 

 

21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu bu matçın iştirakçısı olub. Zədəsini yeni sağaldan yarımmüdafiəçi oyunun 64-cü dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, 18 turdan sonra aktivində 24 xal olan "Sportinq" turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. 

Xəbər xətti