Barqas Boliviya klubu ilə neçə illik müqavilə bağlayacaq?

13:24 - 22 Dekabr 2017

“Neftçi”nin hücumçusu Uqo Barqas Boliviyanın “Bluminq” klubuna transfer olacaq.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu yeni klubu ilə 1+1 şərti ilə müqavilə bağlayacaq. Argentina əsilli fransız futbolçunun keçidi tezliklə rəsmi şəkildə açıqlanacaq.

 

Qeyd edək ki, Barqas bu ilin yanvarından "Neftçi"də çıxış edirdi. O, bir müddət əvvəl klubla müqaviləni uzatmışdı. Forvard bu mövsüm 16 oyuna 5 qol vurub.

Xəbər xətti