“Kəpəz” Antalyada 4 yoxlama oyunu keçirəcək

15:29 - 22 Dekabr 2017

“Kəpəz” Türkiyənin Antalya şəhərində keçirəcəyi təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Gəncə klubunun rəqiblərindən 3-ü artıq məlumdur. Komandamız yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.

 

Xatırladaq ki, “sarı-göylər” gələn ilin yanvarın 17-dən fevralın 2-dək qardaş ölkədə hazırlıq keçəcək. 

Xəbər xətti