Sneyder Fransa klubundan ayrılır

17:04 - 22 Dekabr 2017

Mövsümün əvvəlində "Qalatasaray"dan ayrılaraq "Nitsa"ya transfer olan Uesli Sneyder Fransa klubundan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə məşhur "L'Équipe" nəşri məlumat yayıb. Hollandiyalı ulduz çox şans qazanmadığına görə komandadan ayrılmaq istəyir. Qəzetin iddiasına görə 33 yaşlı yarımmüdafiəçi "Nitsa"da xoşbəxt deyil və karyerasını Amerika klublarının birində davam etdirə bilər.

 

Qeyd edək ki, Sneyder bu mövsüm 8 oyun keçirb və 1 assist edib.

Xəbər xətti