"Arsenal" - "Liverpul" oyununda "qol yağışı" VİDEO

02:02 - 23 Dekabr 2017

İngiltərə Premyer Liqasında 19-cu tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə “Arsenal” “Liverpul”u qəbul edib. GƏrgin mübarizə şəraitində keçən matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Premyer Liqanın turnir cədvəlinə 52 xalla "Mançester Siti" başçılıq edir. 41 xalı olan "Mançester Yunayted" 2-cidir. "Çelsi" 38 xalla 3-cü yerdə qərarlaşıb. "Liverpul" 35 xalla 4-cü, 1 xal geri qalan "Arsenal" isə 5-ci pillədə məskunlaşıb.

 

“Arsenal” – “Liverpul” - 3:3

Qollar: Sançez, 53, Caka, 56, Özil, 58 - Koutinyo, 26, Salah, 52, Firmino, 71

 

 

Xəbər xətti