Donaldo Gerye "Qarabağ" formalarını Haitidə satışa qoyub

14:49 - 23 Dekabr 2017

“Mövqeyimdə ən yaxşı seçilməyim mənim üçün böyük uğurdur. Buna görə fəxr edirəm. Xeyli sayda güclü oyunçular olmasına baxmayaraq “ən yaxşı” seçilə bildim”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın haitili üzvü Donald Gerrye 2017-ci ildə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasında (CONCACAF) mövqeyi üzrə ən yaxşı seçilməsinə münasibət bildirərkən deyib.

 

“Le Nouvelliste”yə danışan futbolçu azarkeşlərə də xoş xəbər verib: “Mən özümlə bir neçə “Qarabağ” forması gətirmişəm. Hansı ki onların üzərində Çempionlar Liqası loqosu ilə yanaşı mənim adım da var. Xaricdə oynayan futbolçularımızın formaları yerli bazarda çətin tapılır”.

 

Gerye “Qarabağ” formalarını 100 dollara satdığını deyib: “Bu formaların qiyməti 100 dollardır. Bundan başqa məndə “iPhone” 6, 7 və 8 üçün üzlüklər var. Onlar məndən avtoqraf da ala bilərlər”.

 

Yarımmüdafiəçi “Haitiyə istirahət üçün deyil ticarət üçün gəlmisiniz” sualına da cavab verib: “Tətil üçün qardaşım gəlib (gülür). İstirahət üçün gəlmişəm. Amma bu ticarətimə mane olmur. Çempionlar Liqasında oynayan bir futbolçu avtoqraf verə və formalarını sata bilər”.

Xəbər xətti