İngiltərə klubundan Cenk Tosun açıqlaması

18:00 - 23 Dekabr 2017

"Beşiktaş"ın hücumçusu Cenk Tosunun adı bir müddətdir ki, İngiltərə Premyer Liqasında mübarizə aparan "Kristal Pelas"la hallanır.

 

Sportal.az xəbər verir ki, London klubunun baş məşqçisi Roy Hocson Türkiyə millisinin üzvü ilə bağlı açıqlama verib. Təcrübəli mütəxəssis bildirib ki, bu keçid baş tutsa, təəccüblənəcək: "Cenk Tosunu tanıyıram Çempionlar Liqasında oynayan hücumçudur. Klubumuz onu izləyir. Ancaq prezidentimiz "Cenk Tosun'u transfer etdik" desə, təəccüblənərəm. Bizim üçün çətin transferdir".

 

Qeyd edək ki, 26 yaşlı futbolçu 2014-cü ildən "Beşiktaş"da top qovur.

Xəbər xətti