Valverde: "Rəqiblərimiz üzərində böyük üstünlük qazandıq"

İspaniya La Liqasının 17-ci turunda səfərdə "Real"a 3:0 hesabı ilə qalib gələn "Barselona"nın baş məşçqisi Ernesto Valverde qələbəni şərh edib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis mübarizənin bitmədiyini deyib:

 

"Çempionat bitməyib. Rəqiblərimiz üzərində böyük üstünlük qazandıq, amma diqqətli olmalıyıq. Qələbələr qazanmaqda davam etməliyik".

 

Qeyd edək ki, “Barselona” qələbə sayəsində xalını 45-ə yüksəldib. "Atletiko" 36 xalla ikinci, "Valensiya" 34 xalla üçüncüdür. “Real” isə 31 xalla dördüncü pillədə qərarlaşıb.

Tarix: 24 Dekabr [14:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2018
17  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio